Beynəlxalq Bankın dividend ödəyəcəyi xəbərinə - SƏDRDƏN MÜNASİBƏT
![](https://ena.az/uploads/news/2019-10/_ena_1c5d4f943e7a9088ef88422c9_o.jpg)
Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına divident verməyə hazırlaşır. Dividentin məbləği oktyabrın 11-də səhmdarların yığıncağında müəyyən ediləcək.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu barədə ENA.az-ın sualını cavablandırarkən bildirib. Qeyd edək ki, bir qrup ekspertlər bankın divident verməsinin özəlləşdirmə ərəfəsində həyata keçirilməsinin ABB-nin qiymətini qaldırmaq məqsədi daşıdığını iddia edirlər.
Abbas İbrahimov dividend ödənişinin hər bir sağlam, mənfəəti olan bank üçün adi hal olduğunu qeyd edib.