Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyib.
ENA.az xəbər verir ki, Azərbaycan hazrda 62,7 bal ilə (2,7 bənd əlavə edib) reytinq siyahısında 58-ci yer tutur.
Qeyd edək ki, Ermənistan siyahıda 69-cu (61,3), Gürcüstan isə 74-cü (60,6) yerdə qərarlaşıb.
Reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir.