Dollarda, illik 9% gəlirliliyə malik istiqraz buraxıb
Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 5 il müddətinə, 1 milyon ABŞ dolları dəyərində istiqraz buraxıb.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 1 000 ədəd istiqrazdan gedir.
Artıq qiymətli kağızların qapalı üsulla yerləşdirməsinə başlanılıb. Onların illik gəlirliliyi 9% təşkil edir. Faizlər müddətin sonunda ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.