"Gürcüstan hava yolları" Rusiyaya qarşı 25 mln. dollarlıq iddia hazırlayır
"Gürcüstan hava yolları" aviaşirkəti Rusiyanın Nəqliyyat Nazirliyinə qarşı 25 mln. dollarlıq iddia qaldırmağa hazırlaşır.
ENA.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Roman Bokeria bildirib.
Onun sözlərinə görə, Avropa Məhkəməsinə ünvanlanacaq şikayət Rusiya tərəfinin Gürcüstana uçuşlara qadağa ilə bağlı ədalətsiz qərarı ilə bağlıdır.
R.Bokeria qeyd edib ki, Rusiyanın qadağası nəticəsində "Gürcüstan hava yolları" şirkəti əhəmiyyətli maliyyə itkiləri ilə üzləşib və şirkətin sərnişinlərinin hüquqları pozulub.
Qeyd edək ki, Rusiya Gürcüstana burbaşa aviauçuşları bu il iyulun 8-dən etibarən dayandırıb.