Sosial iqtisadiyyat

Baş nazir Novruz Məmmədovun istefası gözlənilir

Azərbaycan Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir.

ENA.az xəbər verir ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib. Milli Məclisin (MM) tələsik ikinci plenar iclas keçirməsinin-çağırmasının səbəbi bu olub.

Eləcə də bax: Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək - RƏSMİ

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə Əli Əsədov gətirlir.

Ümumiyyətlə iclasın gündəliyinə 14 məsələ daxil edilib, onlardan birincisi isə yeni Baş Nazirlə bağlıdır.

1.Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında

Eləcə də bax: Azərbaycanın Baş naziri vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE

 

Novruz Məmmədov gedir, yerinə o gətirilir

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)