BİZNES

Azərbaycanın biznes konsaltinq şirkəti ləğv edilir

Təhsil və təlim xidmətləri göstərən “Young Business Factory” MMC ləğv olunduğunu elan edib.

ENA.az şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Çingiz İldırım küçəsi, ev 66 ünvanına bildirə bilərlər.

2013-cü ildə yaradılmış “Young Business Factory” biznes konsaltinq şirkəti gənclər və şirkət nümayəndələri üçün təlim, konfrans, seminar, treyninq proqramları və biznesin inkişafı ilə bağlı konsultasiyalar həyata keçirirdi.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)