Azərbaycanın məşhur ödəniş sistemi - MÜFLİS OLDU
Azərbaycanın tanınmış ödəniş sistemlərindən olan «Easypay» müflis olduğunu elan edib. ENA.az xəbər verir ki, şirkət bununla bağlı məhkəməyə müraciət edib.
«Easypay» MMC-nin müflis elan olunmasına dair ərizəsi üzrə işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq»-deyə şirkətdən bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl «Bank BTB» «Easypay» MMC-ni məhkəməyə vermişdi. Bank MMC-ni müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisəyə görə məhkəməyə verib. Amma iddia geri qaytarılıb. Məsələ ondadır ki, iddia texniki səbəblə - idida ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmamasına görə qəbul edilməmişdi. Bu isə texniki və tezliklə həll olunan məsələdir.
Eləcə də bax: Daha bir şirkət cərimələnib
Qeyd edək ki, «Easypay» MMC-nin Bakıda 100-ə yaxın ödəniş terminalı var. Burada mobil və stasionar telefon, sığorta, kommunal xidmətlərin haqları, kabel TV və internet, Dövlət İmtahan Mərkəzi və sair ödənişləri etmək mümkün idi. Hazırda şirkət ödənişlərin qəbulunu da dayandırıb.