Bank

“PAŞA Həyat”da yeni təyinat

Oktyabr ayından etibarən “PAŞA Həyat Sığorta” şirkətində Risklərin idarəedilməsi departamentinin direktoru Fərid Abdullayev İdarə Heyətinin üzvü - Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.

Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Fərid Abdullayev əmək fəaliyyətinə 2011-ci ildən “Paşa Həyat Sığorta” şirkətində başlayıb və burada anderraytinq üzrə mütəxəssis, aktuariat üzrə mütəxəssis və baş mütəxəssis, məsul aktuari, aktuariat şöbəsinin müdir müavini, baş risk inzibatçısı kimi vəzifələrdə çalışıb.

Fərid Abdullayev 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakultəsi üzrə Vergi işinin təşkili və idarəedilməsi ixtisası üzrə bakalavr və 2011-2013-cü illərdə Biznesin İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb. 2015-ci ildə DSNX tərəfindən təşkil edilmiş məsul aktuari imtahanını müvəffəqiyyətlə keçib.

 

Bununla da şirkətin İdarə Heyətinin tərkibi aşağıdaki kimi formalaşıb:

İdarə Heyətinin sədri – Niyaz İsmayılov

İdarə Heyəti sədrinin birinci müavini - İbrahim İbrahimov

İdarə Heyətinin üzvü - Baş Maliyyə İnzibatçısı - Dilara Babayeva

İdarə Heyətinin üzvü - Baş Əməliyyat İnzibatçısı - Rüstəm Məmmədov

İdarə Heyətinin üzvü - Baş Risk İnzibatçısı – Fərid Abdullayev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)