Bank

"Bank Melli İran"ın Bakı filialından sanksiya qərarına münasibət

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində xüsusi siyahıya saldığı qurumlar arasında İran Milli Bankı və onun Bakıda fəaliyyət göstərən filialı (“Bank Melli İran-Baku”) da var.

 “Bank Melli İran-Baku”dan bildirilib ki, onların müştəriləri arasında ABŞ-dan asılılığı olan fiziki və hüquqi şəxslər yoxdur: “Odur ki, sanksiyaların fəaliyyətimizə təsir edəcəyini düşünmürük”. 

 

Xatırladaq ki, İran bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Onun Bakı filialının nizamnamə kapitalı 76 milyon 611 min 171 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)