Sosial iqtisadiyyat

Lüksemburqun İdman naziri Azərbaycandan üzr istədi

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında dronla meydanın mərkəzinə qondarma rejimin bayrağı gətirilib.

ENA.az xəbər verir ki, erməni təxribatı ilə əlaqədar Lüksemburqun İdman naziri Dan Kerş Azərbaycan tərəfindən üzr istəyib.

O, baş verən hadisənin Lüksemburqa aidiyyatı olmadığını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)