ENA+

Gürcüstanda qumar biznesinin dövriyyəsi 4,6 mlilyard dolları ötüb

Ötən il ərzində Gürcüstanda qumar biznesinin dövriyyəsi 13,806 mlrd. lari (təxminən 4,6 mlrd. ABŞ dolları) təşkil edib.

2017-ci ildə qumar biznesinin dövriyyəsi 5,060 mlrd. lariyə (1,7 mlrd. dollar) bərabər olub. Göründüyü kimi, ötən il Gürcüstanda qumar biznesinin dövriyyəsi əvvəlki ilə nisbətən 2,7 dəfə artıb.

Məlumatda bildirilib ki, son 10 ildə qumar biznesinin gəlirləri 200 dəfə artıb. Ötən il bu ölkədə biznes sektorunun ümumi dövriyyəsi 86,6 mlrd. lari (29,2 mlrd. dollar) təşkil edib ki, bunun da təxminən 16%-i qumar sektorunun payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)