“Azərkosmos” 40 min manatlıq investisiya xidmətləri alır
“Azərkosmos” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı investisiya xidmətlərinin satın alınmasına dair elan etdiyi kotirovka sorğusunun nəticəsi məlum olub.
ENA.az xəbər verir ki, sorğunun qalibi “İnvest-AZ İnvestisiya Şirkəti” QSC olub.
Qalibə 40 min manat ödəniləcək.