ABŞ Avropadan idxal olunan mallara rüsum tətbiq edəcək
ABŞ Ümumdünya Ticarət Təşkilatının qərarından sonra Avropa İttifaqından idxal olunan təyyarələrə 10%, kənd təsərrüfatı və sənaye məhsullarına isə 25% miqdarında rüsum tətbiq edəcək.
ENA.az RİA“Novosti”yə istinadən xəbər verir ki, rüsumlar Ümumdünya Ticarət Təşkilatının cərimə sanksiyaları çərçivəsində tətbiq olunacaq.
Qərar oktyabrın 15-də qüvvəyə minəcək. Rüsumlar təyyarə detallarına şamil olunmayacaq.