Sənaye

Azərbaycanda daha bir sənaye məhəlləsi açılır

Yaxın zamanda Hacıqabul və Sabirabad sənaye məhəllərinin açılışı gözlənilir.

ENA.az xəbər verir ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Hacıqabul və Sabirabad sənaye məhəllələrinin açılış tədbirlərinin təşkili ilə bağlı təşkilati işlərin kotirovka sorğusu üsulu ilə satın alınmasının həyata keçirir.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 04.10.2019-cu il tarixinədək qəbul ediləcək. Maraqlanan şirkətlər "Azərbaycan İnvestisiya Şirkəti"lə əlaqə saxlaya bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department