İlin əvvəlindən bu yana 37 faiz bahalaşıb - QİYMƏTİ REKORD QIRDI
Palladiumun qiyməti ilin əvvəlindən bu yana 37 faiz və son ayda 10 faizdən çox yüksəlib.
ENA.az xəbər verir ki, palladiumun unsiyasının qiyməti tarixdə ilk dəfə 1700 dolları aşıb.
Palladiumun avtomobil katalizatorlarının istehsalında istifadəsi artır. Palladium sayəsində avtomobilin çirkli qazında (karbohidrogenlər, karbon turşusu və azot dioksid) zərərli qazların 90%-i daha az zərərli maddələrə çevirilir (azot, karbon dioksid və su buxarı). Palladium həmçinin elektronika, stomatologiya, yeraltı suların təmizlənməsi, zərgərlikdə və s. istifadə edilir. Son vaxtlar palladium hibrid avtomobillərdə də istifadə olunur.
Ötən il palladiumun unsiysının qiymət qızılın unsiyasının qiymətini keçib.