Avtomobil

Azərbaycanda yeni "Lada"ların satışı başlandı - QİYMƏTLƏR

Rusiyanın «Lada» avtomobillərinin Azərbaycanda rəsmi distributeri olan «Xəzər Lada» şirkəti Azərbaycanda «Lada»nın yeni modelinin satışına başlayıb.

ENA.az xəbər verir ki, «Lada Larqus» adlanan bu avtomobillər digar ölkələrdən olan analoqlarından 5-10 min manat ucuzdur.

Qeyd edək ki, avtomobillər 3 kuzov tipində istehsal olunur. «Largus Universal», «Largus Cross» və «Largus Furqon». Azərbaycana bunlardan yalnız biri «Largus Furqon» gətirilir. Bu modellərin baqajının həcmi 560 litr, yük götürmə çəkisi isə 1260 kiloqramdır. Avtomobilin 100 kilometrə qarışıq rejimdə 7,9 litr benzin sərf etdiyi bildirilir.

Largus furqonların qiyməti 18 600 manatdan başlayır. Lizinq şərtlərinə gəlincə isə ilkin ödəniş 8150 manatdır. Qalan məbləğ isə 36 ay ərzində hər ay 510 manat ödənməklə həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)