Sosial iqtisadiyyat

Bakı sakinləri pulu nəyə xərcləyir?

2019-cu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,2 faiz artaraq 13 milyard 141,4 milyon manat olub.

 Bakı Şəhər Statistika İdarəsindən verilən məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5 milyard 918,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 7 milyard 223,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)