Axtar

ABŞ və Çin arasında ticarət danışıqlarının tarixi açıqlanıb

ABŞ və Çin arasında yeni ticarət danışıqları bu il oktyabrın 10-da başlayacaq.

ENA.az xəbər verir ki, bu barədə CNBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıqlar Vaşinqtonda aparılacaq. Çin tərəfdən danışıqlara Baş nazirin müavini Lyu He gələcək.

Qeyd edək ki, iki ölkə arasında ticarət müharibəsi 2018-ci ildən bəri davam edir. Bu müddət ərzində ABŞ və Çin nümayəndələri dəfələrlə danışıqlar aparsalar da, yekunda qarşı tərəfin mallarına idxal rüsumları yenidən qaldırılıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33