Rəsmi

Azərbaycan xaricdə daha 7 ticarət və şərab evi açacaq

Azərbaycan xaricdə daha 7 ticarət və şərab evi açmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

"Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çində daha 5 ticarət və 2 şərab evinin açılması nəzərdə tutulur", - deyə məlumatda bildirilir.

Daha əvvəl verilən məlumata görə, Çində 3 ticarət və 1 şərab evinin açılması nəzərdə tutulurdu.

Hazırda Azərbaycanın Çin və Rusiyada 3 şərab evi, Belarus, Ukrayna, Latviya, Polşa, BƏƏ və Çində isə 6 ticarət evi fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)