İstanbulda güclü zəlzələ olub
Türkiyənin İstanbul şəhərində 6 bal gücündə zəlzələ olub.
ENA.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.
Dağıntılar barədə məlumat verilməyib.