ENA+

Türkiyə şirkəti SOCAR-ın törəməsini məhkəməyə verib — Milyona yaxın iddia

Türkiyənin “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” A.Ş-nin (Təşkilati-forma: anonim şirkət) Azərbaycandakı nümayəndəliyi SOCAR və Abşeron Qazma Şirkətinin inteqrə olunmuş müəssəsi “SOCAR-AQŞ” MMC-nin “pul tələbi” ilə məhkəməyə verib.

ENA.az xəbər verir ki, Türkiyə şirkəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 884 319 manatlıq borcun “SOCAR-AQŞ”dən iddiaçıya qaytarılmasını xahiş edib. Lakin, bu şirkətlə hansı müqavilələr əsasında borcun yaranması açıqlanmır.

“SOCAR AQS” MMC 2007-ci il tarixində SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən birgə qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilib.

Hal-hazırda SOCAR AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

“Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” A.Ş Türkiyədə fəaliyyət göstərir. Boru istehsalı, soyuq prokatlı polad listlərin istehsalı, “BMW”, “Mini Cooper” və “Land Rover” markalarının Türkiyədəki rəsmi nümayəndəliyi, “Caterpillar”`ın Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzrə rəsmi nümayəndəliyi, logistika və telekommunikasiya, habelə Türkiyənin Gemlik limanı və enerji sektoru fəaliyyət göstərirlər.

Tikinti sahəsində fəaliyyət göstərən podratçıları, neft, qaz və enerji şirkətləri onların əsas müştəriləridir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)