Sənaye

Azərbaycanda planlaşdırılan qızıl hasilatı həcmi - AÇIQLANDI

"Anglo Asian Mining" şirkəti 2019-cu ilin sonunadək Azərbaycanda 82-86 min unsiya qızıl hasil etməyi planlaşdırır.

Bu barədə şirkətdən məlumat veriblər.

Məlumata əsasən, şirkət daha iki ölkədə fəaliyyətə başlamağı planlaşdırır və hazırda bununla bağlı danışıqlar gedir.

2019-cu ilin birinci yarısında "Anglo Asian Mining" Azərbaycanda 34 min 394 unsiya qızıl istehsal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.

Bu ilin ilk 6 ayı ərzində 963 ton mis (39 faiz artım), 84,58 min unsiyaya yaxın gümüş (0,3 faiz azalma) hasil olunub.

Qeyd edək ki, "Anglo Asian Mining" Azərbaycanda "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarında hasilat hüququna malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)