ENA+

Amerika bankını soyan rusiyalı haker 80 milyondan çox müştərinin hesabını talayıb

Məşhur “JPMorgan Chase” bankının və Amerikanın daha 11 şirkətininin 80 milyondan çox müştərisinin hesablarından oğurluq edən rusiyalı haker Andrey Tyurin ABŞ məhkəməsində cinayətini etiraf edib.

ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bu kiberhücum miqyasına görə dünyanın və Amerikanın tanınmış bankına edilən ən böyük cinayət hadisəsidir. 

İttihama görə, 36 yaşlı Tyurin daha çox broker şirkətlərinin, maliyyə strukturlarının və iqtisadi informasiyalardan yazan KİV-lərin pullarını “silib”. Onların arasında Fidelity Investments, E-Trade Financial, hətta Dow Jones & Co da var. Hakerin köməkçilərinin fırıldaqçı maliyyə sxemləri əsasında məlumatları oğurladıqları ehtimal olunur. 

Prokurorluq rusiyalı hakerin 15-20 il müddətinə azadlıqdan məhrum edilməsini və 19 milyon dollar dəyərində cərimə edilməsini tələb edir. Məhkəmə qərarını 2020-ci il fevralın 13-də açıqlayacaq. 

Qeyd edək ki, Tyurini 2018-ci ildə Gürcüstanda həbs edərək, Amerikaya ekstradisiya ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department