ENA+

PWC 2050-ci ilə qədər qlobal iqtisadi artıma dair proqnozlarını açıqlayıb

2050-ci ilə qədər dünyanın 7 inkişaf etməkdə olan ölkəsi - Çin, Hindistan, Braziliya, Rusiya, İndoneziya, Meksika və Türkiyə (E7 ölkələri) qlobal iqtisadiyyada payını indiki 35%-dən 50%-ə çatdıracaq.

ENA.az xəbər verir ki, bu proqnozla Böyük 4-lüyə daxil olan PWC audit şirkəti çıxış edib.

Məlumatda deyilir ki, hazırda E7 ölkələrinin payı 7 inkişaf etmiş ölkənin - ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın (G7 ölkələri) payı ilə eynidir. Halbuki, 1995-ci ildə E7 ölkələri iqtisadi gücünə görə G7 ölkələrindən 2 dəfə geri qalırdı. 30 ildən sonra bunun əksi olacaq. 

Qeyd edək ki, 2050-ci ilə qədər qlobal iqtisadi artımın 130% təşkil edəcəyi proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)