Türkiyədə hotel rəhbərliyi müştərilərinə qab-qacağı və texnikanı sındırmağa icazə verir
Türkiyədəki hotellərdən biri sakinlərinə qab-qacağı, televizorları, kompüterləri və mebeli sındırmağa icazə verib.
ENA.az xəbər verir ki, Lenta.ru Rusiya Turizm Operatorları Assosiasiyasının saytına istinadən xəbər verir.
Saytın yaydığı xəbərə görə, Alanyada yerləşən hoteldə “qəzəb otaqları” var, təhlükəsiz geyimlərdə olan sakinlər bu otaqlarda şüşədən tutmuş mebelə, müxtəlif məişət və kompüter avadanlığına qədər hər şeyi sındıra bilərlər. Bu, qonaqlara stress atmağa kömək edir.
Otaqlardan daha çox 18-38 yaşlı kişilər, əsasən də biznesmenlər və ya proqramçılar istifadə edirlər. Bu turistlərin əksəriyyəti Almaniya, Skandinaviya ölkələri, Böyük Britaniya və Niderlanddan gəlirlər.