Bank

“Unibank”ın rəhbərliyində dəyişikliklər ediləcək

06 Noyabr 2019-cu il tarixində “Unibank Kommersiya Bankı” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

ENA.az Bankın bildirişinə istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Bankın Müşahidə Şurası üzvlərinin tərkibində dəyişiklik edilməsi haqqında”,  “Bankın İdarə Heyətinin üzvlərinin tərkibində dəyişiklik edilməsi haqqında”, “Bankın kənar auditorunun təyin edilməsi haqqında”, “Bankın Nizamnaməsində dəyişikliklər edilməsi barədə” və “Bankın imtiyazlı səhmlərinin buraxılması haqqında” məsələlər daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department