Kaşıkçının öldürüldüyü konsulluq binası satılıb
Ötən il oktyabrın 2-də öldürülən jurnalist Camal Kaşıkçının qətlinin törədildiyi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binası dəyərindən üç dəfə ucuz qiymətə satılıb.
ENA.az xəbər verir verir ki, konsulluğun yeni ünvanının Sarıyerdəki ABŞ konsulluğunun yaxınlığında olacağı bildirilir.
Qeyd edək ki, C.Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib.
Saat 13:14 radələrində binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında yatırıldığı, daha sonra bədəninin hissələrə parçalanaraq kimyəvi maddələrlə məhv edildiyi bildirilib.