TURİZM

Azərbaycana gələnlərin və gedənlərin sayı açıqlandı

Bu ilin ilk yeddi ayı ərazində Azərbaycan gələn və gedənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1095 nəfər gələn, Azərbaycandan isə 892 nəfər gedən qeydə alınıb. 

Miqrasiya saldosu müsbət 203 nəfər təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)