Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
![](https://ena.az/uploads/news/2019-09/_ena_e91b53141a1bb68ab1b17ed21_o.jpg)
Avropa ABŞ sanksiyalarından yan keçməklə İranla ticarət üçün yaradılacaq INSTEX mexanizmi üçün fonda 15 milyard dollar ayırmağa razılaşıb.
ENA.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsaitin ayrılması İranın nüvə razılaşmasına qayıtmasından asılıdır.
İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mocteb Zunnur deyib ki, avropalılar 15 milyard dolları 3 dəfə hissə-hissə INSTEX fonduna köçürməyə razılaşıblar.