Sosial iqtisadiyyat

Azərbaycanda iki nəfər qarayaraya tutulub

Azərbaycanda iki nəfərin qarayara yoluxması barədə xəbər yayılıb.

ENA.az xəbər verir ki, fakt Sabirabadda qeydə alınıb. 

Səhiyyə Nazirliyindən məlumatı təsdiq ediblər.

Bildirilib ki, Sabirabad sakini olan 34 və 26 yaşlarında iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)