ENA+

Bakılı məmur Sankt-Peterburqun başçısı ola bilər

2018-ci ildən Sankt-Peterburqun qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Beqlov şəhər başçısı seçkisində liderlik edir.

ENA”nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 94 fazini hesablamasından sonra yaydığı məlumatda bildirilir ki, heç bir partiyanın üzvü olmayan 63 yaşlı siyasətçi 64, 68 faiz səs toplayıb.

Onun rəqibləri – “Ədalətli Rusiya” partiyasının üzvü Nadejda Tixonova 16,81 faiz, “Vətəndaş platforması”nın üzvü Mixail Amosov isə 15,68 faiz səs əldə edib. 

Qeyd edək ki, A. Beqlov 19 may 1956-cı ildə Bakıda müharibə veteranının ailəsində dünyaya göz açıb. Ailəlidir, 2 qız övladı var. 

Xatırladaq ki, 8 sentyabrda Rusiyada 85 regionda müxtəlif səviyyələrdə seçkilər, o cümlədən 13 regionda qanunvericilik orqanlarına, 22 inzibati mərkəzdə Şəhər Dumasına seçkilər, 16 regionda qubernator, 3 regionda isə bələdiyyə başçıları seçkiləri, Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orlov vilayətində Dövlət Dumasına təkrar seçkilər keçiirlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)