Həbib və Puarye döyüşdən nə qədər qazandı? - MƏBLƏĞLƏR AÇIQLANDI
Dağıstanlı MMA döyüşçüsü Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye ilə görüşdən altı milyon qazanıb.
ENA.az xəbər verir ki, ona döyüşə görə altı milyon, media aktivliyinə görə 40 min və yaxşı çıxış etdiyinə görə 50 min dollar ödənilib.
Yekunda onun qonorarı 6,09 milyon dollara çatıb. Bu qazancla o, rəqibi Puaryeni 25 dəfə qabaqlayıb. Belə ki, Puarye ümumilikdə 290 min dollar qazanıb. Bunlardan 250 mini döyüşə və 40 min dolları mediada aktivliyinə görə amerikalıya verilib.
Xatırladaq ki, Həbib Nurməhəmmədov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən UFC-242 turnirində üçüncü raundda rəqibini boğma fəndi ilə təslim olmağa vadar edib. Bununla da Həbib 28-ci peşəkar MMA döyüşündə məğlubiyyətsizliyini qoruyaraq saxlayıb.