Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

AQTA quş əti idxalı və satışı ilə bağlı məsələyə aydınlıq gətirdi

AQTA quş əti idxalı və satışı ilə bağlı məsələyə aydınlıq gətirdi

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması,  eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yanlış məlumatlar yer alıb.

Yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir.

Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Bildirilir ki, ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunmuş və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə