Azərbaycan Kredit Bürosu işçi axtarır - MAAŞ 600 MANAT
AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin İstehlakçılarla iş şöbəsinə Xidmət operatoru axtarılır.
Vakansiya haqqında:
Vəzifə: Xidmət operatoru
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Xidmət yeri: ASAN Kommunal Mərkəzi
Əmək haqqı: 600AZN
Müraciət üçün son tarix: 10.09.2019
Vəzifə öhdəlikləri:
- Vətəndaşlara kredit hesabatlarının verilməsi;
- Büroya daxil olan ərizə və şikayətləri qəbul etmək, araşdırılması üçün baş ofisə yönəldilməsini təmin etmək;
- Sorğuların, ərizə və şikayətlərin statistikasını aparmaq;
- Mütəmadi şikayətlərin səbəblərini araşdırmaq və problemlərin aradan qaldırılması üçün təkliflərlə çıxış etmək;
- Yaradıcı düşünmək və davranmaq;
- Fərdi bacarıqlarını yüksək səviyyədə nümayiş etdirmək;
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
Namizədə qoyulan tələblər:
- İqtisadi sahədə ali təhsil;
- 22-30 yaş;
- Səlis Azərbaycan dili, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- Bank sahəsində ən azı 1 il iş təcrübəsi;
- Stress altında işləməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək;
- MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı;
CV-ni “Xidmət operatoru” başlığı ilə office@acb.az mailinə göndərməyiniz xahiş olunur.