Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq
Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində yenidənqurma və profilaktik tədbirlər həyata keçiriləcək.
"Baktelecom" MMC-dən "ENA"ya verilən məlumata görə, bununla əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.
Profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.