Hadisə

Suyun altında qalan maşının pulunu kim verəcək? - VİDEO

Dünən Sabunçu rayonunda tuneli su basandan sonrakı müəmma hələ də davam edir.

ENA.az xəbər verir ki, ötən gün günorta saatlarında “Azərbaycan Dəmir Yolları” QSC həmin yolda hərəkətin bərpa olunduğunu bildirsə də, vətəndaşlar sosial şəbəkələrdə foto və video paylaşaraq yolun bağlı olduğunu qeyd ediblər.

Amma QSC-nin sözçüsü Natəvan Bayramova növbəti dəfə saytımıza bildirib ki, tunelə yığılan su nasoslarla çəkilib və təmizlənib: “Sadəcə yolda suyun çöküntüləri, palçıq qalıb. Buna görə də yoldan palçığın təmizlənməsi işləri aparılır”.

Tuneldə “Mercedes” markalı maşını qalan Elcan Hacıyev deyib ki, tuneldən su dünən saat 18-dən sonra təmizlənib: “Maşını “Niva” ilə çəkib çıxartdım, amma bütün hissələri dəyişilməlidir. Maşın daha ələ gələsi deyil. Mənə isə heç kim kompensasiya ödəmir. FHN-dən dedilər ki, pulumu “Azərsu”dan alım. Deyilənə görə, Neftayırma zavodunun tullantılarını daşıyan boru partlayıb və tuneli su basıb. Buna görə də məhkəməyə müraciət edəcəyəm”.

“Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllı  bildirib ki, həmin tuneldə və yaxın ərazidə quruma bağlı hər hansı qurğuları yoxdur: “Tuneli su basmasının bizə heç bir aidiyyatı yoxdur”.

FHN sözçüsü Gülçin Mehdiyeva açıqlayıb ki, onun təmsil etdiyi dövlət qurumunun orada araşdırma aparmaq səlahiyyəti olmadığı üçün səbəbi dəqiq bilmirlər: “Amma tuneli su basması yağış suyu nəticəsində olmayıb”.

SOCAR-in mətbuat katibi İbrahim Əhmədov da ittihamları rədd edərək son günlər Neftayırma zavonun borularında hər hansı qəza baş vermədiyini vurğulayıb: “Ümumiyyətlə, o ərazidən bizim heç bir borumuz keçmir”.

 


Daha tez m

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)