Vakansiyalar

Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

ABB” ASC Telemarketinq operatoru vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

 Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı
 Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması
 Bankın mövcud məhsul və xidmətləri üzrə müştəri məmnunluğunun müəyyən edilməsi məqsədilə telefon zənglərinin edilməsi

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil
 Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək 
 Telemarketinq sahəsində minimum 1 il iş təcrübəsi
 Məhsul və ya xidmətin təbliği qabiliyyəti
 Müştərini inandırmaq və telefonla satış qabiliyyəti
 MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
 Ünsiyyətçilik və səlis danışıq səriştəsi
 Komandada işləmək bacarığı 
 Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Dil biliklərinizi inkişaf etdirmək imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 sentyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Telemarketinq operatoru” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department