“Ermənistanda situasiya stabilləşməyənə kimi...” - QARABAĞ AÇIQLAMASI
Ermənistankı siyasi situasiya stabilləşməyənə kimi Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı ciddi danışıqlar aparmaq çətin ki, mümkün olsun.
“Bİ” xəbər verir ki, bu sözləri Rusiyanın XİN başçısı Sergey Lavrov bu gün Moskvada baş tutan mətbuat konfransında deyib:
“Əldə edilən razılaşma (Ermənistan baş naziri Nikol Paşinyanla İlham Əliyev arasındakı Düşənbə görüşü zamanı-red.) əlaqələri davam etdirməyi, xarici işlər nazirlərinin görüşünü və əlbəttə, həm Azərbaycan, həm də Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrləri ilə işləməyə hazır olmalarını özündə əks etdirir. Biz belə razılaşmanı alqışlayırıq.
Başa düşürük ki, indi müşahidə etdiyimiz və kifayət qədər fırtınalı olan daxili siyası proseslər başa çatmadan bu böhrandan çıxış üçün konkret variantlara ciddi nəzər yetirmək və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını tam təmin etmək çətin ki, mümkün olsun”.
Lavrov, həmçinin Dağlıq Qarabağ münaqişəsində danışıqlar formatının dəyişməsi məsələsinə də toxunub və bildirib ki, bu, ancaq Azərbaycan və Ermənistan tərəfinin razılığı əsasında baş tuta bilər: “Bu məsələ münaqişə tərəflərinin razılığı ilə həll olunmalıdır. Yerevan özünün danışıqlar mövqeyində Qarabağın (qondarma) yanaşmalarını nəzərə alır. Lakin indiki ikitərəfli formatı dəyişmək üçün hər iki tərəfin razılığı lazımdır. Biz bildiyimizə görə, belə bir razılıq yoxdur”.