Uniform Express işçi axtarır - VAKANSİYA
Əsas vəzifə və öhdəliklər:
• Təyin edilmiş aylıq/rüblük plana əsasən satış funksiyalarını yerinə yetirmək (müştəri görüşləri, təkliflər, zənglər və s.)
• Mövcud müştəri bazasını genişləndirmək, yeni müştəriləri şirkətə cəlb etmək ( Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq)
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə və xidmətlər haqqında ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Müştəri üçün koordinator rolunu icra etmək; ortaya çıxan problemləri həll etmək
• Müştəri məmnuniyyətinin qorunması üçün mükəmməl xidmət göstərmək
• Satış mallarının yüksək səviyyədə təqdim olunması;
• Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaların hesabat şəklində əlaqədar şəxslərə çatdırılması;
• Satışla bağlı təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;
• İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı;
• Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
• Müştərilərə malı təqdim etmək bacarığı
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
• Korparativ satış istiqamətində çalışmış şəxslərə üstünlük verilir.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Satış üzrə mütəxəssis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) aga.g@uniexpress.az elektron ünvanına göndərə bilərlər.