Rusiya şirkəti Azərbaycana dondurma ixrac edəcək

Rusiyalı istehsalçı “Nijnetaqilskiy xolodilnik” MMC Azərbaycana dondurma ixracı təşkil edə bilər.
Bunu müəssisənin təsisçisi Vyaçeslav Malıxa bildirib.
“Hazırda “Nijnetaqilskiy xolodilnik” MMC-nin istehsal etdiyi məhsulların beynəlxalq bazara çıxarılması ilə bağlı danışıqlar aparılır. Biz Qazaxıstan, Azərbaycan və Özbəkistana ezamiyyətlər təşkil etməyi planlaşdırırıq”, - deyə V.Malıx bildirib.
V.Malıx, həmçinin deyib ki, müəssisə məhsul çeşidini genişləndirir və bu günlərdə 2 yeni dondurma növü istehsal edib.