ENA+

Tramp Çin mallarına rüsumları artırır

ABŞ prezidenti Donald Tramp Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırmasına cavab olaraq Birləşmiş Ştatların da Çindən idxal edilən mallara rüsumları artırmaq qərarı haqqında bildirib.

ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Twitter"dəki səhifəsində yazıb.

" Çinin 75 milyard dollar (bu qiymətdə Amerika məhsullarına) yeni rüsumlar tətbiq etməsi lazım deyildi (siyasi cəhətdən əsaslandırılmış). Oktyabrın 1-dən başlayaraq, Çinin 250 milyard dollarlıq mallarına, hansılar ki, hazırda 25% vergi rüsumları tətbiq edilir, 30% vergi rüsumları qoyulacaq. Bundan başqa, Çindən qalmış 300 milyard dollarlıq məhsullara, hansılar ki, sentyabrın 1-dən 10 faiz tarif qoyulacaqdı, həmin məhsullara 15% tariflə vergi tətbiq ediləcək", - deyə prezident yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)