Dövlət Agentliyi 6 ölkədə nümayəndəlik açır
Dövlət Turizm Agentliyi beynəlxalq nümayəndəliklərin açılması və fəaliyyəti üzrə xidmətlərin satın alınması ilə əlaqədar təkliflər sorğusu elan edir.
“Bİ” xəbər verir ki, təkliflər sorğusu Dövlət Turizm Agentliyi Almaniyanın Frankfurt şəhərində, Rusiyanın Moskva şəhərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Səudiyyə Ərəbistanının Riyad şəhərində, Hindistanın Mumbay şəhərində, Çinin Pekin şəhərində nümayəndəliyin açılması və fəaliyyəti üzrə xidmətlərin təşkili ilə elan edilib.
Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaq.
Təkliflər 13 noyabr saat 12:00-a qədər Dövlət Turizm Agentliyi, Landmark 1, 3-cü mərtəbə, Nizami küçəsi, 96 E ünvanına təqdim edilməlidir.