Mətanət A işçi axtarır - VAKANSİYA
“Mətanət A” şirkəti Səyyar təchizatçı vakansiyanı elan edir
İşin təsviri:
1. Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
2. Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
3. Alınan malların keyfiyyətinə nəzarət.
Əmək haqqı
- Razılaşma yolu ilə
Tələblər:
1. Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
2. Ali təhsil;
3. Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı
4. Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
5. Kompyüter biliyi;
6. Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
7. Şəxsi avtomobilin olması
Qeyd
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri hr@matanata.com ünvanına göndərin.