Birja

Bakı Fond Birjası foreksi dövriyyədən çıxarmasına aydınlıq gətirdi

“Birjanın platforması üzərindən törəmə maliyyə alətləri üzrə əməliyyatlar davam etdirilir. İyul ayından etibarən Bakı Fond Birjasının (BFB) ticarət dövriyyəsinə Törəmə alətlər bazarı (foreks) üzrə əqdlərin həcmi daxil edilməməsi beynəlxalq təcrübənin tətbiqi ilə bağlıdır.”,- “Marja”nın sorğusuna Bakı Fond Birjasının (BFB) göndərdiyi cavabda bildirilir.

“Törəmə maliyyə alətləri üzrə əməliyyatların həcmi beynəlxalq təcrübədə birja ticarət dövriyyəsinə aid edilmir. Bu səbəbdən yeni hesabatlılıq formasından çıxarılmışdır.

Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumata əsasən fərq müqavilələri ilə marja ticarəti (törəmə maliyyə alətləri) əməliyyatları üzrə statistik məlumatlar ümumi icmala daxil edilmir”,- Birjadan bildirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)