Rusiyadakı partlayışın radiasiyası Azərbaycana çatıbmı: XƏRİTƏYƏ GÖRƏ BƏLİ
Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (
Avqustun 12-də Azərbaycana çatan radiasiya avqustun 19-dək davam edib.
Xəritə ilə buradan tanış ola bilərsiniz. http://bit.ly/2HgN1GM
Qeyd edək ki, Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində hərbi raket mühərriki sınaq zamanı partlayış baş verib, 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Rusiyanın Meteoroloji Agentliyi Rosgidromet, partlayışın raket sınağının ardından radiasiya səviyyəsinə çatdığını açıqladı. Rusiya, qəzadan sonra məlumat tələb edən Beynəlxalq Hərtərəfli Nüvə Sınaqları Müqaviləsi Təşkilatına "Sizi maraqlandıran heç nə yoxdur" cavabını verdi.
Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada, Arxangelsk bölgəsindəki Severodvinsk hərbi şəhərində meydana gələn partlayışda 5 nəfərin öldüyü, 6 nəfərin yaralandığı, partlayış raket mühərriki, atmosfer və bölgəyə zərərli maddələr buraxılmadığı bildirildi.
Açıqlamada bölgədəki radiasiya səviyyəsinin normal olduğu deyilirdi. Ancaq Rusiya Dövlət Meteorologiya Təşkilatı verdiyi açıqlamada bölgədəki radiasiya səviyyəsinin 4 ilə 16 qat arasında artdığını qeyd ediblər. "Greenpeace" isə bölgədəki radiasiya səviyyəsinin 20 qat artdığını açıqlamışdı.
Digər tərəfdən, qəzadan sonra yaralananlara ilk müdaxiləni edən həkimlər də Moskvadakı bir klinikada xüsusi müalicəyə cəlb ediliblər. Həkimlər də hadisə ilə bağlı məlumatları açıqlamamaq üçün məxfilik sazişinin imzalandığını iddia etdilər.
İnterfaks agentliyinin verdiyi məlumata görə, Rusiya rəsmiləri qəza yerinin yaxınlığındakı Nyonoksa kəndinin çərşənbə günündən etibarən boşaldılacağını bildirib.
CTBTO sədri Lassina Zerbo, Twitter-dəki paylaşımına partlayış zamanı ortaya çıxa biləcək bir radiasiya buludunun bölgəyə necə yayılacağını göstərən bir xəritə əlavə edib. Kremldəki prezident sözçüsü Dimitri Peskov isə bu xəritəni "gülünc tvit" adlandırıb.