Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "ENA"ya verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında havanın, əsasən, günəşli keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38, Bakıda gecə 21-23, gündüz 36-38 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq.
Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 34-39, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.