Putinin kortejindəki avtomobilin qiyməti kəskin ucuzlaşıb
Rusiyanın brend avtomobil istehsalçısı “Aurus” tezliklə iki yeni modelin satışına başlayacaq.
REN TV xəbər verir ki, bunlar “Senat S 600” sedan və “Senat L 700” limuzindir.
Amma satışa çıxarılacaq avtomobillərin qiyməti əvvəl açıqlanmış məbləğdən xeyli aşağı olacaq.
Belə ki, daha əvvəl sözügedən maşınların satışı 18 milyon rubl (təqribən 480 644 manat - red.) nəzərdə tutulmuşdusa, real qiymət 8 milyon rubl olacaq.
Bu, zirehsiz halda nəzərdə tutulmuş qiymətlərdir.
“Moskva-City” ticarət mərkəzində baş tutacaq təqdimat mərasimi avqustun 23-də olacaq.
Qeyd edək ki, “Aurus” yüksək sinifli avtomobillərdir. Buraya “Senat-limuzin”, “Senat” sedan, “Arsenal” miniven və ad verilməyən kabriolet daxildir.
Xatırladaq ki, 2018-ci il mayın 7-də Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasiminə “Aurus Senat” limuzinində gəlmişdi.