Sosial iqtisadiyyat

Yol polislərinin forması dəyişdi

Bakıda yol polisi əməkdaşlarına yeni formalar verilib.

Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yeni formalarda kəmərlər işıqqaytarıcı xüsusiyyətlərə malikdir:

"Dünəndən etibarən paytaxt ərazisində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yeni formalarla xidmət başındadır".

V.Əsədov qeyd edib ki, yeni formalar tünd göy rəngli şalvar və üzərində qırmızı zolaq olan köynəklərdir:

"Forma üçün nəzərdə tutulan ağ və işıqqaytarıcı xüsusiyyətə malik dəri kəmərlər də var".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)