Yeni “iPhone”ların adları məlum oldu
![](https://ena.az/uploads/news/2019-08/_ena_9b2ef5c6c472ebc8bae5d8db4_o.jpg)
“Apple” şirkətinin qarşıdakı ayda təqdim edəcəyi yeni “iPhone” modellərinin adları məlum olub.
NTV xəbər verir ki, yeni modellərin adlarını “iPhone” üçün xüsusi örtüklər hazırlayan ESR adlı firma açıqlayıb.
- Eləcə də bax: Azərbaycanın milli antivirus proqramı hazırlanıb - İstifadəyə veriləcəyi tarix açıqlandı
Firmanın məlumatına əsasən, “iPhone”un 2019-cu il modellərinin adları “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” olacaq.
Xatırladaq ki, yeni modellərin sentyabrın 20-də təqdim ediləcəyi gözlənilir.