Elm və Texnologiya

WhatsApp istifadəçilərinə - BƏD XƏBƏR

WhatsApp, mesajları şifrlənməsinə, pulsuz və reklamsız bir xidmət olmasına görə dünyada ən məşhur proqramlardan biridir.

BI xəbər verir ki, WhatsApp, istifadəçilərini narahat edəcək yeni bir dövrə keçir. 

Ani mesajlaşma platforması olan WhatsApp-da rəsmən reklam dövrü başlayır. Milyardlarla insanın istifadə etdiyi WhatsApp-da artıq reklamları da görmək məcburiyyətində qalacağıq.
 

Bir müddətdir WhatsApp-ın reklam layihəsi üzərində işlədiyi bildirilirdi. İstifadəçilərin reaksiya göstərəcəyi bu pis xəbəri şirkətin ən yüksək rəhbərləri də təsdiqləyib. WhatsApp-ın sədr müavini Kris Daniels, populyar mesajlaşma tətbiqinin reklamları göstərəcəyini açıqlayıb. Daniels, WhatsApp reklamlarının şirkətlərə iki şəkildə satılacağını deyib.
 

Əvvəla, şirkətlər, WhatsApp istifadəçiləri ilə müəyyən ödəniş qarşılığında əlaqə yarada biləcəklər. Bu üsulla istifadəçilər şirkətlərin müştəri xidmətlərinə bağlanacaq, sual və şikayətlərini bildirəcəklər. Müştəri şikayətlərinə cavab vermək üçün də, WhatsApp, şirkətlərdən pul tələb edə bilər. Bu çərçivədə reklamlar, WhatsApp-da "Durum" bölməsində istifadəçilərin qarşısına çıxacaq. Ən azından hələlik, "Söhbətlər" qismində reklam yayımı olmayacaq.

 

WhatsApp-ın şirkətlərdən bu biznes modeli üçün bir mesaj üşün 0.0039 dollar ilə 0.09 dollar arasında dəyişən bir ödəniş tələb etməsi planlaşdırılır. İlk olaraq WhatsApp-ın iOS variantı üçün başlayacaq reklamlar, sonra WhatsApp-ın Android istifadəçiləri üçün də istifadəyə veriləcək.

 

BANİSİ QARŞI ÇIXMIŞDI
 

WhatsApp-ın qurucularından olan və 2014-cü ildə platformanı 19 milyard dollara Facebook-a satan Brian Acton, Mark Zuckerberg başda olmaqla Facebook rəhbərliyi ilə WhatsApp-ın reklam və gələcək strategiyası üzərində razılaşmadığı üçün 2017-ci ildə şirkəti tərk etmişdi.

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)